Icon--AD-black-48x48Icon--address-consumer-data-black-48x48Icon--appointment-black-48x48Icon--back-left-black-48x48Icon--calendar-black-48x48Icon--Checkbox-checkIcon--clock-black-48x48Icon--close-black-48x48Icon--compare-black-48x48Icon--confirmation-black-48x48Icon--dealer-details-black-48x48Icon--delete-black-48x48Icon--delivery-black-48x48Icon--down-black-48x48Icon--download-black-48x48Ic-OverlayAlertIcon--externallink-black-48x48Icon-Filledforward-right_adjustedIcon--grid-view-black-48x48Icon--info-i-black-48x48Icon--Less-minimize-black-48x48Icon-FilledIcon--List-Check-blackIcon--List-Cross-blackIcon--list-view-mobile-black-48x48Icon--list-view-black-48x48Icon--More-Maximize-black-48x48Icon--my-product-black-48x48Icon--newsletter-black-48x48Icon--payment-black-48x48Icon--print-black-48x48Icon--promotion-black-48x48Icon--registration-black-48x48Icon--Reset-black-48x48share-circle1Icon--share-black-48x48Icon--shopping-cart-black-48x48Icon--start-play-black-48x48Icon--store-locator-black-48x48Ic-OverlayAlertIcon--summary-black-48x48tumblrIcon-FilledvineIc-OverlayAlertwhishlist

Bu vebsayt tam zəruri kukilər istifadə edir. Əgər rahatlıq kukilərinin istifadəsinə razısınızsa, "Bəli, razıyam" seçiminə klikləyin. "Parametrləri dəyiş" seçiminə klikləməklə, siz bu parametri istənilən vaxt dəyişə və razılığınızı geri çəkə bilərsiniz. Daha çox "məlumatların qorunmasısiyasətimizdə" öyrənəbilərsiniz.

Məlumatların qorunması siyasəti

Robert Bosch GmbH şirkətinin məlumatların qorunmasına dair siyasəti

Korporativ məlumat Rəsmi bildiriş Məlumatların qorunması siyasəti

Bundan sonra "Bosch", "Biz" və ya "Bizi", "Bizə" adlandırılacaq Robert Bosch GmbH sizin veb saytlarımıza və mobil tətbiqlərimizə ziyarətinizi (həmçinin birlikdə "onlayn təklif"), həmçinin şirkətimizə və məhsullarımıza olan marağınızı qiymətləndirir.

1. Bosch sizin şəxsi məkanınıza hörmət edir

Şəxsi məlumatların emalı zamanı şəxsi məkanınızın qorunması, habelə bütün işgüzar məlumatların təhlükəsizliyi bizim üçün əsas məsələdir və işgüzar proseslər zamanı bunu nəzərə alırıq. Biz sizin onlayn təkliflərimizə ziyarətiniz zamanı toplanılmış şəxsi məlumatlarınızı məxfi qaydada və yalnız hüquqi göstərişlərə uyğun olaraq emal edirik.

Məlumatların qorunması və məlumat təhlükəsizliyi korporativ siyasətimizin ayrılmaz tərkib hissələridir.

 

2. Məsul qurum və əlaqə məlumatları

Məlumatlarınızın emalı üçün məsul qurum aşağıdakıdır:

Robert Bosch GmbH
Robert-Bosch-Platz 1
70839 Gerlingen-Schillerhöhe

E-poçt: kontakt@bosch.de
Tel.: +49 711 400 40990

Hüquqlarınızın qorunması, məlumatların qorunması ilə bağlı insidentlərin məruzə edilməsi, həmçinin şəxsi məlumatlarınızın emalı ilə bağlı təklif və şikayətləriniz, o cümlədən razılığınızın geri götürülməsi üçün Verilənlərin Qorunması üzrə Qrup Rəhbərimizlə əlaqə saxlamağınızı tövsiyə edirik:

Cənab
Matias Qoebel
Məlumatların qorunması üzrə Qrup Rəhbəri
Məlumat təhlükəsizliyi və məlumatların qorunması
Bosch Şirkətlər Qrupu (C/ISP)
Robert Bosch GmbH
Kronenstraße 22
70173 Stuttqart

Yaxud aşağıdakı linkdən istifadə edin: https://www.bkms-system.net/bosch-datenschutz.

 

3. Şəxsi məlumatların emalı

3.1 · Emal olunmuş məlumatların kateqoriyaları

Kommunikasiya məlumatları (məs., ad, telefon nömrəsi, e-poçt, ünvan, IP ünvanı) emal olunur.

3.2 · Emal prinsipləri

Şəxsi məlumatlar müəyyən olunmuş və ya müəyyən oluna bilən fiziki şəxsə aid bütün məlumatlardır, məs., şəxsin kimliyini ifadə edən adlar, ünvanlar, telefon nömrələri və ya e-poçt ünvanları.

Şəxsi məlumatları yalnız qanunla müəyyən edilmiş hüquqi əsas olduqda və ya siz buna icazə verdikdə (qeydiyyatdan keçərkən) emal edirik.

3.3 · Emal məqsədləri və hüquqi əsaslar

Səlahiyyətli servis provayderlərimiz və biz şəxsi məlumatlarınızı aşağıdakı məqsədlərlə emal edirik:

3.3.1 · Bu onlayn təklifin təmin edilməsi

  • Hüquqi əsas: Əsasən tərəfimizdən birbaşa marketinqə haqlı maraq – verilənlərin qorunması üzrə qaydalara və rəqabətin qorunmasına dair qanunvericiliyin qaydalarına uyğun olaraq həyata keçirildiyi təqdirdə.

3.3.2 · Nasazlıqların müəyyən edilməsi və təhlükəsizlik məqsədləri ilə

  • Hüquqi əsas: Verilənlərin təhlükəsizliyi sahəsində hüquqi öhdəliklərimizin yerinə yetirilməsi və əsasən nasazlıqların düzəldilməsi və təkliflərimizin təhlükəsizliyinə haqlı maraq.

3.3.3 · Bizim özümüzün və üçüncü tərəflərin reklamı, o cümlədən bazarın tədqiqi və hüquqi cəhətdən yolverilən çərçivəyə uyğun olaraq göstəricilərə çatmaq

  • Hüquqi əsas: Razılıq və ya əsasən tərəfimizdən birbaşa marketinqə haqlı maraq – məlumatların qorunması üzrə qaydalara və rəqabətin qorunmasına dair qanunvericiliyin qaydalarına uyğun olaraq həyata keçirildiyi təqdirdə.

3.3.4 · Hüquqlarımızın mühafizəsi və müdafiəsi

  • Hüquqi əsas: Tərəfimizdən hüquqlarımızın qorunması və müdafiəsinə haqlı maraq.

3.4 · Qeydiyyat jurnalları

İnternetdən istifadə etdikdə, İnternet brauzerimizdən xüsusi məlumatlar avtomatik olaraq köçürüləcək və tərəfimizdən qeydiyyat jurnalları adlandırılan fayllarda saxlanılacaqdır.

Qeydiyyat jurnallarını nasazlıqların müəyyən edilməsi və təhlükəsizlik səbəbləri ilə (məs., cəhd olunan hücumların araşdırılması) qısa müddət ərzində saxlayır və daha sonra silirik. Qeydiyyat jurnallarının dəlil qismində əlavə olaraq saxlanılması tələb olunduqda əlaqədar insidentə yekun olaraq aydınlıq gətirilənədək saxlanıla və fərdi hallarda araşdıran qurumlara təqdim oluna bilər.

Qeydiyyat jurnallarında xüsusən də aşağıdakı məlumatlar saxlanılır:

  • Onlayn təklifə daxil olunan son cihazın IP ünvanı (İnternetdə protokol ünvanı);
  • Onlayn təklifə daxil olunan veb-saytın internet ünvanı (mənbə və ya istinad domeninin URL ünvanı adlandırılır)
  • Onlayn təklifə vasitəsiylə daxil olunan servis provayderinin adı;
  • Əldə olunmuş faylların və ya məlumatın adı;
  • Girişin tarixi və saatı, o cümlədən müddəti;
  • Ötürülmüş məlumatların həcmi;
  • Əməliyyat sistemi və istifadə olunan internet brauzerinə dair məlumat, o cümlədən əlavə komponentlər (məs., flash player);
  • http protokoluna əsasən cari vəziyyətin kodu (məs., "sorğu müvəffəqiyyətli oldu" və ya "Tələb olunan fayl tapılmadı").

3.5 · Məlumatların ötürülməsi

3.5.1 · Məlumatların digər məsul tərəflərə ötürülməsi

Şəxsi məlumatlarınızı digər məsul tərəflərə yalnız müqavilənin icrası üçün zəruri olduqda, bizim və ya üçüncü tərəfin məlumatların ötürülməsinə haqlı marağı olduqda və ya siz buna razılıq verdikdə ötürürük. Hüquqi əsaslara dair məlumatları "Emal məqsədləri və hüquqi əsaslar" hissəsində (3.3-cü bəndə baxın) tapa bilərsiniz. Üçüncü tərəflər həmçinin, Bosch Şirkətlər Qrupundakı şirkətlər də ola bilər. Məlumatlar əsasən haqlı maraq əsasında ötürüldükdə bu, məlumatların qorunması siyasətində izah olunacaqdır.

Bundan əlavə, məlumatlar həmçinin, normativ müddəalara əsasən və ya yerinə yetirilməli rəsmi və ya məhkəmə əmri ilə əlaqədar bunu etməli olduğumuz dərəcədə digər məsul qurumlara da ötürülə bilər.

3.5.2 · Məlumatların servis provayderlərinə ötürülməsi

Marketinq xidmətləri, proqramlaşdırma, məlumatların hostinqi və qaynar xətt xidmətlərini xarici servis provayderlərinə tapşırırıq. Bu servis provayderlərini maksimal diqqətlə seçmişik və onlara xüsusən də saxladıqları məlumatların dəqiq manipulyasiyası və qorunması ilə əlaqədar mütəmadi olaraq nəzarət edirik. Bütün provayderlərin üzərinə məxfiliyə və hüquqi spesifikasiyalara riayət etmək öhdəliyi qoyuruq. Servis provayderləri həmçinin Bosch Şirkətlər Qrupundakı şirkətlər də ola bilər.

3.5.3 · AİZ-dan kənardakı tərəflərə ötürmə

Şəxsi məlumatları həmçinin baş ofisləri AİZ-dan kənarda – qeyri-üzv ölkələrdə olan tərəflərə də ötürə bilərik. Belə olduqda məlumatları ötürməzdən əvvəl qəbul edən tərəfin verilənlərin qorunması üzrə müvafiq standarta malik olduğundan (məs., Aİ Komissiyasının əlaqədar ölkə üzrə adekvatlılıq barəsində qərarına və ya Avropa İttifaqının Aİ standart müqavilə motivlərinin qəbul edən tərəflə razılaşdırılmasına əsasən) və ya sizin ötürməyə razılıq verdiyinizdən əmin oluruq.

Bizdən verilənlərin qorunması üzrə müvafiq standarta dair zəmanət qismində qeyri-üzv ölkələrdəki qəbul edən tərəflərə dair icmalı və konkret razılaşdırılmış qaydaların nüsxəsini əldə edə bilərsiniz. "Məsul qurum və əlaqə məlumatları" hissəsindəki (2-ci bəndə baxın) məlumatlardan istifadə edin.

3.6 · Saxlama müddəti; saxlama dövrləri

Məlumatlarınızı əsasən onlayn təklifi və əlaqədar xidmətləri təmin etdiyimiz müddət ərzində, yaxud daha uzun müddət saxlamağa haqlı marağımız olduqda (məs., müqavilənin icrasından sonra poçt marketinqinə hələ də haqlı marağımız ola bilər). Bütün digər hallarda hüquqi öhdəliklərin yerinə yetirilməsi üçün saxlamalı olduğumuz məlumatlar (məs., fiskal və ticari saxlama müddətlərinin nəticəsində müqavilələr və hesab-fakturalar kimi sənədləri spesifik müddətə saxlamalıyıq) istisna olmaqla, şəxsi məlumatlarınızı silirik.

 

4. Kukilərdən isrifadə

4.1 · Ümumi

Kukilər veb-saytı daxil olduğunuzda kompyuterinizdə saxlanılan kiçik mətn fayllarıdır. Bu onlayn təklifi təkrar açdığınızda brauzeriniz kukilərin məzmununu müvafiq provayderə geri göndərəcək və beləliklə son cihazın tanınmasına imkan yaradacaqdır. Kukilərin oxunması bizə onlayn təklifimizi optimal şəkildə tərtib etməyə və sizin ondan istifadənizi asanlaşdırmağa imkan verir.

4.2 · Kukilərin söndürülməsi və silinməsi

Bizim veb saytımız məcburi kukilərdən istifadə edir (4.3.1-ci bəndə baxın). Məcburi kukilərdən istifadə üçün sizin razılığınız tələb olunmur. Hüquqi əsas olaraq əsasən tərəfimizdən onlayn təklifin təmin edilməsi üçün məcburi kukilərdən istifadəyə qanuni maraq çıxış edir. Məcburi kukiləri bu veb-saytın "Gizlilik parametrləri" funksiyası ilə deaktiv etmək olmur. Lakin istənilən vaxt brauzeriniz vasitəsilə bütün kukiləri deaktiv edə bilərsiniz. Lakin bu, veb-saytın fəaliyyətində müəyyən sahələrdə məhdudiyyətlərin olacağı deməkdir.

Veb-saytlarımıza ilk dəfə daxil olduğunuzda kuki səviyyəsində peyda olan pəncərədə sizdən saytımız tərəfindən göndərilən istifadəni asanlaşdıran kukiləri (4.3.2-ci bəndə baxın) qəbul edib-etmədiyiniz soruşulacaq. Həmçinin sizə keçmişdə istifadə olunmuş kukilərə nəzarət etmək imkanı veririk və gələcəkdə verdiyiniz istənilən razılığı geri götürə bilərsiniz. Bunun üçün, aşağı sərlövhədəki "Gizlilik parametrləri" linkinin üzərinə basın.

"Gizlilik parametrlərinin" aşağısındakı parametr seçimində üçüncü tərəflərin internet səhifələrinə daxil olduğunuz zaman digər təminatçılar tərəfindən yerləşdirilən kukilər yoxdur.

Lakin brauzerinizdən istifadə etməklə bütün kukiləri istənilən vaxt silə və ya onlardan imtina edə bilər, yaxud müəyyən növ kukiləri qəbul edə bilərsiniz. Müvafiq məlumatı brauzerinizin kömək funksiyalarında tapa bilərsiniz. Lakin bu da artıq müəyyən funksiyalara daxil ola bilməməyiniz ilə nəticələnə bilər.

Bundan əlavə, aşağıdakı veb-sayt vasitəsilə üçüncü tərəflərin kukilərini idarə edə və deaktiv edə bilərsiniz.

http://www.youronlinechoices.com/de/praferenzmanagement

Bu veb-sayt biz işlətmirik; bu o deməkdir ki, ona görə nə məsuliyyət daşımır, nə də məzmununa və ya əlçatanlığına təsir göstərmirik.

4.3 · İstifadə etdiyimiz kukilərə dair ümumi məlumat

Bu bölmədə istifadə etdiyimiz kukilərə dair ümumi məlumatlar görəcəksiniz.

4.3.1 · Tam zəruri kukilər

Müəyyən kukilər onlayn təklifimizi təhlükəsiz şəkildə təmin etmək məqsədilə bizim üçün vacibdir. Bu kateqoriyaya aşağıdakılar daxildir:

Ad: gizli-qəbul edilmiş
Növ: daimi
Bu kuki maksimum 12 ay və ya kukilərin istifadəsinə icazənizi ləğv etməyinizə qədər saxlanacaq.
Məqsəd:
Bu veb sayt üçün kukilərin istifadəsinə razılığınızı yadda saxlayır.

Ad: gizlilik-parametrləri
Növ: daimi
Bu kuki maksimum 60 gün və ya kukilərin istifadəsi ilə bağlı tənzimləmələrinizi dəyişməyinizə qədər saxlanacaq.
Məqsəd:
Bu veb sayt üçün hansı kukilərə icazə verdiyinizi yadda saxlayır.
1-ci Mərhələ: mütləq zəruri kukilər qəbul olunur
2-ci Mərhələ: mütləq zəruri

4.3.2 · İstifadəni asanlaşdıran kukilər

Bu kukilər bizə veb-saytlarımızın istifadə rahatlığını və fəaliyyət göstəricilərini təkmilləşdirmək imkanı verir. Bu kateqoriyaya aşağıdakılar daxildir:

Ad: geoservis
Növ: daimi
Bu kuki maksimum 10 gün və ya kukilərin istifadəsi ilə bağlı tənzimləmələrinizi dəyişməyinizə qədər saxlanacaq.
Məqsəd:
Bölgə və ölkə seçiminizi yadda saxlayır.

Ad: gizli-sosial
Növ: daimi
Bu kuki maksimum 60 gün və ya kukilərin istifadəsi ilə bağlı tənzimləmələrinizi dəyişməyinizə qədər saxlanacaq.
Məqsəd:
Sosial media tənzimləmələrinizi yadda saxlayır.

 

5. Google

5.1 · Google Maps

Bu səhifə tətbiqi proqramlaşdırma interfeysi (API) vasitəsilə Googe Maps xəritə xidmətindən istifadə edir. Təminatçı baş ofisi ABŞ, Karolina ştatı 94043, Mauntin Vyu şəhəri, 1600 Amphitheatre Parkway ünvanında yerləşən Google MMC-dir.

Google Maps funksiyalarından istifadə etmək üçün IP ünvanınızı yerləşdirmək zəruridir. Bu məlumat adətən Google MMC-nin ABŞ-dakı serverinə ötürülür və orada saxlanılır. Bu səhifənin təminatçısı bu məlumat ötürülməsinə təsir göstərmir.

Google Maps-dan istifadə onlayn təkliflərimizin cəlbedici təqdimatı və tərəfimizdən veb-saytda sadalanmış yerlərin asanlıqla əldə edilməsi maraqlarına cavab verir. Bu, tərəfimizdən GDPR Qaydalarının 6-cı maddəsinin 1-ci bölməsinin f bəndinin məzmununda əsaslı marağı bildirir.

İstifadəçi məlumatlarının manipulyasiyasına dair ətraflı məlumat üçün Google şirkətinin gizlilik siyasətinə baxın: https://www.google.de/intl/de/policies/privacy/.

5.2 · Google veb şriftləri

Bu sayt şriftlərin vahid formada əks olunması üçün baş ofisi ABŞ, Karolina ştatı 94043, Mauntin Vyu şəhəri, 1600 Amphitheatre Parkway ünvanında yerləşən təminatçı Google MMC-nin veb şriftlərindən istifadə edir. Siz səhifəyə daxil olduğunuzda brauzeriniz mətn və şriftləri düzgün əks etdirmək üçün tələb olunan veb şriftlərini brauzerin keşinə yükləyir.

Bu məqsədlə istifadə etdiyiniz brauzer Google serverlərinə qoşulmalıdır. Bu zaman Google veb-saytımıza sizin IP ünvanınızdan giriş olduğu barəsində məlumatlandırılır. Google veb şriftlərindən istifadə onlayn təkliflərimizin vahid formada və cəlbedici təqdimatı ilə bağlı maraqlara cavab verir. Bu, tərəfimizdən GDPR Qaydalarının 6-cı maddəsinin 1-ci bölməsinin f bəndinin məzmununda əsaslı marağı bildirir.

Brauzeriniz veb şriftləri dəstəkləmədikdə kompyuteriniz standart şriftdən istifadə edəcəkdir.

Google veb şriftlərinə dair ətraflı məlumat üçün https://developers.google.com/fonts/faq və Google şirkətinin gizlilik siyasətinə baxın: https://www.google.de/intl/de/policies/privacy/.

 

6. Akamai-nin Məzmun Çatdırılma Şəbəkəsi

Bu veb-saytın yüklənmə sayını optimallaşdırmaq məqsədilə baş ofisi ABŞ, Massaçusets ştatı 02142, 150 Broadway ünvanında yerləşən Akamai Technologies, Inc. tərəfindən təklif olunan "Məzmun Çatdırılma Şəbəkəsindən" (CDN) istifadə edirik. Bu, tərəfimizdən GDPR Qaydalarının 6-cı maddəsinin 1-ci bölməsinin f bəndinin məzmununda əsaslı marağı bildirir.

Akamai Technologies, Inc. Gizliliyin Qorunması müqaviləsi (Privacy Shield Agreement) çərçivəsində sertifikasiya olunmuşdur və Məlumatların qorunmasına dair Avropa qanunvericiliyinə riayət edəcəyinə zəmanət verir.

Akamai Technologies Inc. şirkətinin məlumatların qorunmasına dair qaydalarından bu məqsədlə yayınmaq mümkündür.

Akamai Technologies Inc. şirkətinin gizlilik siyasətinə dair ətraflı məlumatı aşağıdan. əldə etmək olar: https://www.akamai.com/de/de/privacy-policies/.

 

7. Sosial qoşmalar

Onlayn təklifimizdə müxtəlif sosial şəbəkələrin sosial qoşmalarından istifadə edirik; bunlar bu bölmədə ayrı-ayrılıqda təsvir olunacaqdır.

Qoşmaların tətbiqində internet brauzeriniz müvafiq sosial şəbəkənin serverləri ilə birbaşa əlaqə yaradacaqdır. Bu yolla hətta təminatçının səhifəsində istifadəçi hesabınız olmasa və ya hazırda təminatçının səhifəsinə giriş həyata keçirməmisinizsə belə, müvafiq təminatçı internet brauzerinizin onlayn təklifimizin müvafiq səhifəsinə təkrar daxil olduğuna dair məlumat alır. Qeydiyyat jurnalları (IP ünvanları da daxil olmaqla) internet brauzerinizdən müvafiq təminatçının serverinə birbaşa ötürülür və zəruri olduqda orada saxlanılır. Təminatçının baş ofisi və ya serveri Aİ və ya AİZ-dan kənarda (məs., ABŞ-da) da ola bilər.

Qoşmalar sosial şəbəkə təminatçılarının sərbəst genişlənmələrini əks etdirir. Bu səbəbdən, sosial şəbəkə qoşmaları tərəfindən qoşmalar vasitəsilə toplanılan və saxlanılan məlumatların məzmununa bizim heç bir təsirimiz yoxdur.

Toplamanın məqsədi və çərçivəsi, məlumatların daha sonra sosial şəbəkə tərəfindən emalı, o cümlədən sizin əlaqədar hüquqlarınız və şəxsi məkanınızın qorunması üzrə parametr seçimləri müvafiq sosial şəbəkənin verilənlərin qorunmasına dair qeydlərindən əldə oluna bilər.

Sosial şəbəkə təminatçılarının bu onlayn təklifə dair məlumatları əldə etməsini və ya bu məlumatlardan istifadəyə davam etməsini istəmirsinizsə müvafiq qoşmalardan istifadə etməməlisiniz.

7.1 · dəfə kliklə sosial qoşmalar

2 dəfə kliklə sizi veb-saytlarımıza ziyarətlərinizin qeydə alınmasından və sosial şəbəkə təminatçıları tərəfindən standart olaraq qiymətləndirilməsindən qoruyuruq. İçərisində bu cür qoşmalar olan internet təklifimizin səhifəsinə daxil olduğunuzda bunlar ilkin olaraq deaktiv olunur. Siz göstərilən düyməni klikləyənədək qoşmalar aktiv olunmur.

7.2 · Facebook sosial qoşmaları

Facebook baş ofisi ABŞ, Kaliforniya ştatı 94304, Palo Alto şəh., 1601 S. California Ave ünvanında yerləşən Facebook Inc. tərəfindən www.facebook.com veb ünvanında və baş ofisi İrlandiya, Dublin şəh.2, Hanover Reach, 5–7 Hanover Quay ünvanında yerləşən Facebook Ireland Limited tərəfindən www.facebook.de veb ünvanında təmin olunur. Facebook qoşmalarına və onların necə göründüyünə dair ümumi məlumatı buradan: https://developers.facebook.com/docs/plugins/?locale=en_EN; Facebook-da məlumatların qorunmasına dair məlumatları buradan tapa biləcəksiniz: http://www.facebook.com/policy.

7.3 · Twitter sosial qoşmaları

Twitter baş ofisi ABŞ, Kaliforniya ştatı 94103, San Fransisko şəh., 1355 Market St, Suite 900 ünvanında yerləşən Twitter Inc. ("Twitter") tərəfindən təmin olunur. Twitter qoşmalarına və onların necə göründüyünə dair ümumi məlumatı buradan: https://developer.twitter.com/; Twitter-də məlumatların qorunmasına dair məlumatları buradan tapa biləcəksiniz: https://twitter.com/de/privacy.

7.4 · LinkedIn sosial qoşmaları

LinkedIn baş ofisi ABŞ, Kaliforniya ştatı 94043, Mauntin Vyu şəh., 2029 Stierlin Court ünvanında yerləşən LinkedIn Corporation ("LinkedIn") tərəfindən təmin olunur. LinkedIn qoşmaları və onların necə göründüyünə dair ümumi məlumatı buradan: https://developer.linkedin.com/plugins; LinkedIn-də məlumatların qorunmasına dair məlumatları buradan tapa biləcəksiniz: https://www.linkedin.com/legal/privacy-policy.

 

8. YouTube

Bu onlayn təklif baş ofisi ABŞ, Kaliforniya ştatı 94066, San Bruno şəh., 901 Cherry Ave. ünvanında yerləşən YouTube MMC ("YouTube") tərəfindən təmin olunan. YouTube platformasından istifadə edir. YouTube audio və video faylların səsləndirilməsinə imkan verən platformadır.

Təklifimizin müvafiq səhifəsinə daxil olduğunuzda daxildə qurulmuş YouTube oxuducusu video və ya audio faylın ötürülərək oxuna bilməsi üçün YouTube ilə əlaqə yaradacaqdır. Proses zamanı məlumatlar müvafiq qurum olaraq YouTube-a da ötürülür. Biz bu məlumatların YouTube tərəfindən emalına görə məsuliyyət daşımırıq.

Toplanılan məlumatların dərəcəsi və məqsədi, məlumatlarınızın daha sonra YouTube tərəfindən emalı və istifadəsi, hüquqlarınız və seçilə bilən məlumat qoruma seçimlərinizə dair əlavə məlumatları YouTube gizlilik siyasətindən əldə edə bilərsiniz.

 

9. Xarici linklər

Onlayn təklifimiz özündə üçüncü tərəflərin- bizimlə əlaqəsi olmayan təminatçıların veb-saytlarına keçidləri ehtiva edə bilər. Siz linkin üzərinə basdıqdan sonra üçüncü tərəflərə ötürülən istənilən şəxsi məlumatların toplanılması, emalı və istifadəsinə (məs.,IP ünvanı və ya linkin yerləşdiyi saytın URL ünvanı) heç bir təsir göstərə bilmərik, çünki bu zaman üçüncü tərəflərin hərəkətinə təbii olaraq nəzarət edə bilmirik. Üçüncü tərəflərin bu növ şəxsi məlumatları emalına görə üzərimizə heç bir məsuliyyət götürmürük.

 

10. Təhlükəsizlik

Heyətimiz və səlahiyyətli xidmət edən şirkətlərimiz gizliliyi qorumaq və məlumatların qorunmasına dair müvafiq qanunvericilik qaydalarına riayət etmək məcburiyyətindədirlər.

Müvafiq qoruma standartını təmin etmək və idarə etdiyimiz məlumatlarınızı qorumaq (xüsusən də təsadüf nəticəsində və ya qanunsuz formada məhv olmaqdan, manipulyasiyadan, itkidən, dəyişiklikdən, yaxud səlahiyyətsiz tərəflərə açıqlanmaqdan və ya səlahiyyətsiz girişdən) məqsədilə bütün texniki və təşkilati tədbirləri görürük. Təhlükəsizlik tədbirlərimiz davamlı olaraq texnoloji tərəqqiyə uyğun olaraq təkmilləşdirilməkdədir.

 

11. Hüquqlarınız

Hüquqlarınızı qorumaq üçün "Məsul qurum və əlaqə məlumatları" bölməsindəki (2-ci bəndə baxın) məlumatlardan istifadə edin. Kimliyinizin tərəfimizdən dəqiq identifikasiyasının mümkün olduğundan əmin olun.

11.1 · Məlumat və açıqlama hüququ

Məlumatlarınızın emalına dair bizdən məlumat əldə etmək hüququnuz var. Bu məqsədlə sizdən əldə edərək emal etdiyimiz məlumatla əlaqədar məlumat hüququnuzdan yararlana bilərsiniz.

11.2 · Düzəliş etmə və silmə hüququ

Siz bizdən saxta məlumatlara düzəliş olunmasını və – hüquqi tələblər yerinə yetirildiyi müddətcə – məlumatlarınızın tamamlanmasını və ya silinməsini tələb edə bilərsiniz.

Bu, hesab-faktura təqdim etmək və ya mühasibatlıq məqsədləri ilə tələb olunan və ya qanunla saxlanılması tələb olunan məlumatlara şamil olunmur. Bu cür məlumatlara giriş tələb olunmadığı müdətcə onların emalı məhdudlaşacaqdır (aşağıya baxın).

11.3 · Emalın məhdudlaşdırılması

Siz hüquqi tələblər yerinə yetirildiyi müddətcə bizdən məlumatlarınızın emalını məhdudlaşdırmağı tələb edə bilərsiniz.

11.4 · Məlumatların portativliyi

Bizə təqdim etdiyiniz məlumatları strukturlaşdırılmış, rahat və maşın tərəfindən oxuna bilən formada, texniki cəhətdən mümkün olduğu təqdirdə əldə etmək və ya məlumatların üçüncü tərəfə ötürülməsini tələb etmək hüququnuz yenə də olacaq.

11.5 · Etiraz hüququ

11.5.1 · Spesifik hal üçün nəzərdə tutulmuş etiraz hüququ

Haqlı marağımıza əsasən məlumatların emalını öz üzərimizə götürdüyümüz müddətcə hazırki verilənlərin qorunması siyasətində də qeyd olunduğu kimi, istənilən vaxt xüsusi vəziyyətdən qaynaqlanan səbəblərə görə bu emala qarşı etiraz irəli sürə bilərsiniz.

Bu zaman məlumatlarınızın emalına davam etməyəcəyik – qanunverici hüquqi-normativ aktlara uyğun olaraq, emalı davam etdirməyə dəyəcək və sizin maraqlarınız, hüquqlarınız və imtiyazlarınızdan üstün olan məcburi səbəbləri sübuta yetirənədək, yaxud məlumatların emalının davamı hüquqi iddiaları qorumaq, icra etmək və ya müdafiə etmək məqsədi daşıyanadək.

11.5.2 · Məlumatların birbaşa marketinq məqsədləri ilə emalına qarşı etiraz

Bundan əlavə, şəxsi məlumatlarınızın kommersiya məqsədləri ilə emalına qarşı istənilən vaxt etiraz irəli sürə bilərsiniz ("reklama etiraz"). Bir faktı da nəzərə alın ki, etirazınız məlumatlarınızın davam edən kampaniya çərçivəsində istifadəsi ilə üst-üstə düşə bilər.

11.6 · Razılığı geri götürmə hüququ

Məlumatlarınızı emal etməyimizə razılıq vermisinizsə bunu gələcəkdə istənilən vaxt geri götürə bilərsiniz. Bu həmçinin, Məlumatların Qorunmasına dair Ümumi Qaydalar qüvvəyə minməzdən – 25 May 2018-ci ildən əvvəl bizə verilmiş razılıq bəyanatlarının geri götürülməsinə də tətbiq olunur . Məlumatlarınızın emalının qanuniliyi geri götürülmədiyi müddətcə qüvvədə qalacaqdır.

11.7 Nəzarətçi orqana müraciət hüququ

Verilənlərin qorunması üzrə nəzarətçi orqana müraciət etmək hüququnuz var. Bunun üçün verilənlərin qorunması üzrə federal ştatda yaşadığınız yer üzrə səlahiyyətli nəzarətçi orqana və ya şirkətlər qrupumuz üzrə səlahiyyətə malik, verilənlərin qorunması üzrə nəzarətçi orqana müraciət edə bilərsiniz. Bizim üçün məsulyyət daşıyan verilənlərin qorunması üzrə nəzarətçi orqan Verilənlərin Qorunması üzrə Dövlət Komissiyası və Baden-Vyurtemberq Məlumat Azadlığıdır.

 

12. Uşaqlar

Bu onlayn təklif 16 yaşdan aşağı uşaqlar üçün nəzərdə tutulmayıb.

 

13. Verilənlərin qorunması siyasətinə dəyişiklik edilməsi

Təhlükəsizlik və verilənlərin qorunması tədbirlərimizə texniki tərəqqi ilə bağlı zəruri olduğu təqdirdə düzəlişlər etmək hüququnu özümüzdə saxlayırıq. Belə hallarda həmçinin, müvafiq olaraq məlumatların qorunması siyasətimizi uyğunlaşdırırıq. Bu səbəbdən, məlumatların qorunması siyasətimizin hazırda qüvvədə olan versiyasını diqqətinizə çatdırırıq.

 

Son icmal tarixi: 13.06.2018